Ukrayna razılaşdırılan humanitar aksiya çərçivəsində 15 Rusiya vətəndaşını Belarusa təhvil verib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Artıq 15 nəfər ailələrinə qovuşmaq üçün sərhəddən Rusiyaya yola salınıb. Azad edilənlərdən 12-si qadın, 3-ü isə kişidir. Əksəriyyəti yaşlı insanlardır.
Qeyd edək ki, humanitar aksiya çərçivəsində tərəflər ailələrin birləşdirilməsini və mülki şəxslərin təhlükəsiz şəkildə geri dönüşünü təmin etməyi hədəfləyir.
Aysel Əliyeva
Globalinfo.az