duq eq adrbejancineri het jerm n345869 1

“Biz deyirdik ki, dövlət borcunu 8 milyarddan çox artırmısınız. Paşinyanın cavabı belə oldu: 8 milyardla silah almışıq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan parlamentin iclasında deyib.

“Mən sadəcə təklif etmişdim ki, araşdıraq – həmin 8 milyard silaha gedibmi? Çünki silaha getsəydi, indi biz Ayın üzərinə lazer topları yerləşdirmiş olardıq”, – A.Xaçatryan bildirib.

Azərbaycanın hərbi gücünü artırması ilə bağlı replikaya Xaçatryan “Mən bilmirəm Azərbaycan nə edib, sizin onlarla isti münasibətiniz var, zəng edib soruşun”, – cavabını verib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: