Avropa İttifaqının (Aİ) 8 ölkəsinin parlamentinin xarici əlaqələr komitəsinin nümayəndələri Gürcüstana gəlib.
Globalinfo.az xəbər verir ki, onlar Tbilisidə Prezident Salome Zurabişvili ilə görüşüblər.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili görüşə qatılmaqdan imtina edib. O, görüşdən imtina səbəbini bu parlamentarilərin ölkələrinin Tbilisiyə göstərdiyi münasibətlə əlaqələndirib:
“Gürcüstan hökuməti əvvəlki kimi Aİ-ni bütün tərəfləri ilə dialoqun inkişafına sadiqdir. Lakin mən indi parlamentarilərin görüş keçirmək niyyətinə müsbət reaksiya verə bilmərəm. Bəzi nümayəndə heyəti üzvlərinin başqa gözləntiləri olmamalıdır, çünki Gürcüstana qeyri-dost münasibəti göstəriblər. Aydındır ki, səfərə əsas səbəb siyasi qərəzdir və bunu hər kəs görür”.
Əliyar Xəlil
Globalinfo.az