ebulfes esas

Azərbaycanın keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin mənsub olduğu nəsillə bağlı maraqlı məlumat açıqlanıb.

Globalinfo.az bildirir ki, Modern.az-ın məlumatına görə, tarixçi professor Ədalət Tahirzadənin bildirdiyinə görə, əslində Qarayevlərin gerçək soyadı Hacıqarayev olub, sonradan onu dəyişdiriblər.

Ədalət Tahirzadə bununla bağlı sosial şəbəkədə yazıb:

Keçmiş mədəniyyət nazirimiz Əbülfəs Qarayevin qızı Suad Qarayeva Azərbaycan ədəbiyyatının klassiklərindən olan Məhsəti Gəncəvi haqqında aşağılayıcı bir film çəkib. O, özlüyündə Məhsəti xanım haqqında həqiqətləri göstərdiyini düşünür…

Düz deyiblər ki, ot kökü üstündə bitər. Nazir ata xalqımızın mədəniyyətinə necə qulluq göstəribsə (yalnız kitabxanaları məhv etdiyini xatırlatmaq yetərlidir) onun milli duyğulardan məhrum qızı da o yolla gedib.

Bu “həqiqətpərəst” nəsil haqqındakı bir gerçəyi demək istəyirəm.

Odessa Vilayəti Dövlət Arxivində keçmiş nazir Əbülfəs Qarayevin babası, Odessadakı Novorossiya Universitetinin Tibb fakültəsini bitirmiş Əbülfəzl Fərəcullah oğlu Hacıqarayevin (1884-1952) tələbə şəxsi işi saxlanılır. Buradakı sənədlərdən aydınlaşır ki, onun atası 1893-cü il doğumlu Fərəcullah Hacı Qara oğludur. Əbülfəzl Qarayevin ilkin sənədlərinin demək olar ki, hamısında onun soyadı “HACI-QARAYEV” yazılıb (sənədlərin surətlərini aşağıda təqdim edirəm).

Əlbəttə, Mirzə Fətəli Axundzadənin “Hacı Qara” əsərindən sonra soyadlarını “Hacıqarayev” adlandırmağa utanan Əbülfəzl və övladları sadəcə “Qarayev”i saxlayıblar.

Soyadlarına “Hacı Qara” adını rəva görməyənlər, bundan utananlar bir millətin klassikini ləkələməkdən utanmadılar!”

1765542959 600289091 4232673336972880 7772083876666767460 n 1765542968 599927693 4232673546972859 3821882418439396225 n 1765542922 599959643 4232673576972856 6875753566188049491 n 1765542918 599092847 4232673380306209 869675170746694056 n 1765542982 599930481 4232673383639542 4881129932316684077 n

Paylaş: