ebulfez suleymanov

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsinin komandiri, polkovnik Əbülfəz Süleymanov vəzifəsindən azad olunub. 

Globalinfo.az bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri generalpolkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Süleymanov Əbülfəz Cəfər oğlu son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə Cəsur Cəfərov gətirilib.

Qeyd edək ki, polkovnik Əbülfəz Süleymanov 2010-cu ildən “N” saylı hərbi hissəsinin komandiri vəzifəsində çalışırdı.

c4813bb1ff5c54b723606d0249e632c1 fbbcf975 3d5b 43ea 9fd9 05bc637b6269

Paylaş: