1765203738 4eae3567983c1231f0a02fedd85293dd 4

Bratislavadan Bakıya birbaşa uçuşlar açıla bilər.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bunu Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatlarında deyib.

Slovakiya Prezidenti bildirib ki, bu məsələ də müzakirə mövzusu olub: “Əminəm ki, cənab Prezidentin ilk rəsmi səfəri bizim əməkdaşlığımızda yeni mərhələnin başlanğıcı olacaq”.

O qeyd edib ki, Slovakiya Qarabağda “ağıllı şəhər” inşa edir: “Bizim idxal bankımız da müxtəlif layihələri maliyyələşdirməyə hazırdır. Azərbaycan və Slovakiya dost ölkələrdir”.

Paylaş: