putin gulur 1

Rusiya Prezidenti Vladimir Putin hindistanlı jurnalistin Krım haqqında sualını gülüşlə qarşılayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “India Today” telekanalı paylaşıb.

Belə ki, jurnalist Rusiya dövlət başçısından “Krımın ilhaqı” qərarının səbəbi Sevastopoldakı liman olub?” deyə soruşub. Putin cavabında gülüb və bildirib ki, “limanı ələ keçirməyə ehtiyac yoxdur, çünki o, Ukrayna ilə razılaşmaya əsasən Rusiyada qalır”.

“Və biz Krımı ilhaq etməmişik. Mən bu məqamı vurğulamaq istəyirəm. Biz sadəcə olaraq öz həyatlarını və taleyini Ukraynada çevriliş edənlərlə bağlamaq istəməyən insanlara kömək etməyə gəlmişik”, – Prezident əlavə edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: