s 500

Hindistan Rusiyadan “S-500” zenit-raket sistemləri almaq üçün danışıqlara başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Military Watch Magazine” nəşri məlumat yayıb.

Məlumata görə, Hindistanın bu addımı atmasının əsas səbəbi Çinlə bağlıdır.

“Müdafiə Nazirliyi “S-500” sistemlərinin alınması üzrə Rusiya ilə danışıqlara başlamağı planlaşdırır. Hindistanın müdafiə naziri Racnath Sinqhlə rusiyalı həmkarı Andrey Belousov arasında görüş dekabrın 4-də Yeni Dehlidə baş tutacaq”, – nəşr yazır.

Hindistanın “S-500” sistemlərinə marağı Çinin artıq “HQ-29” hava hücumundan müdafiə sisteminə sahib olması ilə əlaqələndirilir. Həm “HQ-29”, həm də “S-500” sistemləri qitələrarası ballistik raketləri və orbitdəki kosmik hədəfləri vurmaq qabiliyyətinə malikdir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: