Məşhur turzim bölgəsində yanğın başladı

Türkiyənin Muğla vilayətinin Datça bölgəsində meşə yanğını baş verib.

Globalinfo.az xəbər verir ki, yanğının söndürülməsinə 6 helikopter və 6 təyyarə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Yanğın yerli vaxtla saat 18:30 radələrində Datça rayonunun Kargı məhəlləsində naməlum səbəbdən baş verib.

Qeyd edək ki, ötən il Muğla əyaləti meşə yanğınlarından ən çox zərər çəkənlərdən biri olub.