“Ermənistanla Azərbaycan arasında bir millimetr etimad 10 santimetr əməli irəliləyiş gətirir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bizim vəzifəmiz sülhü qorumaq, gücləndirmək, onu institusional hala gətirməkdir. Bir məqamı da vurğulamaq istəyirəm: Ermənistan və Azərbaycan arasında bir millimetr etimad 10 santimetr praktik irəliləyiş gətirir. Bu gün mən sülh perspektivi ilə bağlı 2025-ci il avqustun 10-u ilə müqayisədə çox daha nikbinəm. Bir an belə şübhə etmirəm ki, Ermənistan xalqı sülhü qoruyacaq, çünki bu onun övladlarının, ailələrinin, nəvələrinin və nəticələrinin sülhüdür”, — deyə o bildirib.
Safura Bənnayeva
Globalinfo.az