hayastani karavarutyan depi ar n344565 1

“Amerikalı məşhur ekspert Brianna Todd bildirib ki, Ermənistan türkdilli dünyaya daxil olmalıdır. O qeyd edib ki, Türkiyə Ermənistana Türkdilli Dövlətlər Təşkilatına (TDT) qoşulmağı təklif etməlidir”.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni jurnalist Sevak Akobyan paylaşım edib.

Onun sözlərinə görə, Ermənistan hökumətinin Qərbyönümlü siyasəti onu Türkiyəyə aparır:

Ermənistan hökumətinin rəhbəri 2022-ci il oktyabrın 6-da Praqada Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurası Prezidentinin vasitəçiliyi ilə Qarabağı türkdilli dünyaya təhvil verdi. İndi isə sıra Ermənistandadır.

Aydındır ki, Qərbin qurduğu pantürklük siyasəti həm də Rusiyaya qarşı yönəlib. Buna görə də hələ də kiminsə sualları və şübhələri qalırsa, baş verənləri və səbəblərini anlamağa çalışmalıdır”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: