Son dəqiqə: Azərbaycanda güclü zəlzələ oldu – VİDEO

Yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub.

Bu barədə Globalinfo.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Məlumata görə, zəlzələ ocağı 13 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 baldan yuxarı, ətraf rayonlarda isə 3 bala yaxın hiss edilib.

Qeyd edək ki, təbii hadisə bir sıra rayonlarda, o cümlədən Beyləqanda, Yardımlıda, Saatlıda, Lerikdə hiss edilib.

***

Masallı-Cəlilabad rayonlarının inzibati sərhəddində zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Globalinfo.az-a bildirilib ki, yeraltı təkanların maqnitudası 4.9, dərinliyi 13 km olub. Zəlzələ episentrdə 4, ətraf rayonlarda 3 bala yaxın hiss olunub.

***

Cəlilabadda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən Globalinfo.az-a bildirilib ki, zəlzələnin maqnitudası beşə yaxındır.

Məlumata görə, zəlzələ Yardımlı və Lerikdə hiss olunub. Beyləqan və Saatlıda zəif hiss olunub.

***01:30

Azərbaycanda zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, zəlzələnin maqnitudası 5,5 bal gücündə olub.

Yeraltı təkanların episentri Masallı rayonunun Güllütəpə kəndindən 2 km aralıda qeydə alınıb.

Zəlzələnin həmçinin Türkmənistan, Türkiyə, İran, Rusiya, Gürcüstan və Ermənistanda da hiss edilmə ehtimalı olduğu bildirilir.

Əlavə məlumat veriləcək.

Zaira Akifqızı 

Globalinfo.az