photo 2025 08 22 11 18 10

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak istefa ərizəsi təqdim edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski axşam müraciətində açıqlama verib.

Ukrayna Prezidenti Aparatının fəaliyyəti tamamilə yenidən qurulacaq. Sabah Prezident Aparatının yeni rəhbəri ilə bağlı məsləhətləşmələr aparacam”, – deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, bu gün Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) Yermakın evində axtarış aparıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: