“Space TV”də yayımlanan “Tarixin bir günü” verilişində xoşagəlməz hadisə yaşanıb.
Globalinfo.az axşam.az-a istinadən xəbər verir ki, proqramda qonaq olan Firuzə Babayeva və Mehriban Qənbərova adlı ifaçılar arasında mübahisə düşüb. Bir-birinin ünvanına sərt sözlər deyən sənətçilər qeyri-etik ifadələrə, söyüşə keçiblər.
Mübahisəyə səbəb Firuzənin Mehribana “Bizim sənətimiz yoxdur da, gəlib haramımızısa göstəririk” sözləri olub. Mehriban isə qışqıraraq, söyüş söyüb, efir qaydalarına zidd olan sözlər deyib.
Daha sonra bir-birinə hücum etmək istəyən sənətçiləri studiyadakılar ayırmağa çalışıb.