Pasinyan gulus 2

“2026-cı ildə keçiriləcək parlament seçkilərində Mülki Müqavilə Partiyasından Baş nazir vəzifəsinə namizədliyimi irəli sürəcəyəm”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, “Vətəndaş Müqaviləsi” demokratik partiyadır və burada bütün seçki prosesləri açıq, şəffaf şəkildə keçirilir, qərarlar isə kollegial şəkildə verilir.

Paşinyan həmçinin deputatlığa da namizəd olacağını açıqlayıb:

“Mən deputatlığa və baş nazirliyə namizəd olmağa iddialıyam”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: