1200x675 cmsv2 049ee63f 3749 5974 8c70 6e2502ce6774 7004360

Böyük Britaniya hökuməti Ukrayna ətrafında sülh sazişinin əldə olunmasında maraqlı deyil.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Londondakı səfiri Andrey Kelin bildirib.

Diplomatın sözlərinə görə, London tərəfi danışıqlar prosesinin gedişindən və mümkün razılaşmanın konturlarından xəbərdar olsa da, bu istiqamətdə irəliləyiş göstərmir.

Kelin iddia edib ki, Britaniya rəhbərliyi illüziyalar aləmində yaşayır və real vəziyyəti düzgün qiymətləndirmir.

Səfir qeyd edib ki, London Kiyevə hərbi dəstəyini artırmağı planlaşdırır. Onun fikrincə, bu addım bölgədə gərginliyi daha da artırır və Rusiya üzərində təzyiq vasitəsi kimi istifadə olunur.

Kelinin sözlərinə görə, Britaniyanın mövqeyi danışıqlar prosesinə mane olur və münaqişənin diplomatik həllini ləngidir.

Tahir Turan
Globalinfo.az

Paylaş: