ceyhun bayramov ela

Xarici işlər naziri Ceyhun Bayramov XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanovun vəfatı ilə bağlı başsağlığı verib. 

Globalinfo.az xəbər verir ki, bu barədə XİN rəhbəri “Facebook” hesabında yazıb.

“Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzun müddət fəaliyyət göstərmiş görkəmli diplomat, XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanovun vəfatı bizi dərindən sarsıtdı. Mərhum həmkarımıza Allahdan rəhmət diləyir, ailəsinə hüznlə başsağlığı verirəm”,- deyə nazir vurğulayıb.

1676284827 330221097 495517239413656 4425811002201513317 n

Paylaş: