Ukraynada korrupsiya qalmaqalı yüksək həddə çatıb və Prezident Volodimir Zelenski vəzifəsindən uzaqlaşdırmaqla hədələnir.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məqalədə qeyd edib ki, ukraynalılar Zelenskinin yaxın ətrafına qarşı irəli sürülən korrupsiya ittihamlarından hiddətlənib.
WSJ hesab edir ki, bu ittihamlar Prezidentin reputasiyasına böyük zərbə vurub.
Ukraynalılar dronların və digər avadanlıqların alınması üçün bağışladıqları vəsaiti hökumətin mənimsədiyindən şübhələnirlər.
Ukraynadakı vəziyyətdən narazılıq təkcə ölkə daxilində deyil, xaricdə də artır. ABŞ rəsmiləri Kiyevin Vaşinqtondan aldığı vəsaitlərin düzgün istifadə olunmasını şübhə altına alır. Bəzi Amerika rəsmiləri, o cümlədən ABŞ Prezidenti Donald Trampın Ukraynaya yardımın kəsilməsini açıq şəkildə müzakirə edirlər.
Tahir Turan
Globalinfo.az














