“Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Ərəbyengicə kəndi ərazisində Araz çayının yeri dəyişdirilərək Talıbovun İrana “hədiyyə” etdiyi 30 hektar torpağın “Google Earth” görüntüləri açıq şəkildə göstərir ki, 2019-cu ilədək Azərbaycanın ərazisi olan və şərurlular tərəfindən istifadə edilən otlaq sahələri İrana keçib”.
Globalinfo.az xəbər verir ki, bunu hüquqşünas Ələsgər Məmmədli qeyd edib.
O bildirib ki, İran tərəfi Arazın əsas axınının yatağının üzərini doldurub, həmin əraziyə körpü (torpaq yol) salıb və Azərbaycan tərəfinin otlaqlarını qazaraq yeni axıntıya yer yaradıb:
“Bu konstitusion cinayətdir və dərhal Baş prokurorluq bu məsələni nəzarətə götürüb, peyk görüntülərini xüsusi ilə 2019-dan sonrakı dövrləri incələyib, insan müdaxiləsini aydın sübut etməli və bu ərazilər əvvəlki 2019-cu ildəki yerinə qaytarılmalıdır”.






