Gerasimov vəzifədən azad edildi – KİV

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov çox güman ki, tutduğu vəzifədən azad edilib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın SOTA nəşri yazıb.

Məlumatda bildirilib ki, normativ hüquqi aktların rəsmi portalında “Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini icra edən general-polkovnik V.Poznixir”in namizədliyinin təsdiqini nəzərdə tutan hökumət qərarının layihəsi dərc edilib.

“Portalda sənəd layihəsinin dərc olunduğunu nəzərə alsaq, Gerasimovun məzuniyyəti haqqında danışmaq çətindir: qətnamə razılaşdırılarkən məzuniyyət artıq başa çatmalı idi”.

Qeyd edilib ki, Gerasimovun fəaliyyəti ilə bağlı son məlumat fevralın 26-da dərc edilib. Müdafiə Nazirliyinin məlumatına görə, o, bir sıra mükafatlara layiq görülüb.