Baxçalı Öcalanla görüşmək istəyir

Baxçalı Öcalanla görüşmək istəyir

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı PKK terror təşkilatının İmralıda həbsxanada saxlanılan təsisçisi Abdullah Öcalanla görüşə bilər. 

Globalinfo.az xəbər verir ki, o, bunun üçün İmralıya getməyə hazır olduğunu bildirib.

O, ölkədə terrorla mübarizəyə qarşı başladılan “çözüm süreci”ni pozmağa çalışanların olduğunu deyib:

“Türk milləti stabil bir bahar havasına qovuşacaq. “Terrorsuz Türkiyə” hədəfi millətin əsas qayəsidir. Bundan sonra İmralıya gedəcək heyətin tərkibi müəyyənləşdiriləcək. Bu məsələ ilə bağlı mübahisələrə son qoyulmalıdır. Əgər heç kim getmək istəmirsə, yanıma 3 dostumu da alıb özüm gedərəm”.

Əliyar Xəlil
Globalinfo.az