73 pic 32ratio 900x600 900x600 13381

Ermənistan millisinin baş məşqçisi Yeqişe Melikyan DÇ-2026-nın seçmə mərhələsində Portuqaliyaya darmadağın olmalarının səbəblərini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, məşqçinin sözlərini Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti yayıb.

“Bizim gənc komandamız var. Portuqaliya kimi güclü komandalara qarşı oynamağa hazır deyilik. Bizi psixoloji cəhətdən sındıran səhvlərə yol verdik. Biz hələ belə oyunlara əqli cəhətdən hazır deyilik”, – Melikyan etiraf edib.

Qeyd edək ki, qarşılaşma 1:9 hesabı ilə Portuqaliyanın xeyrinə başa çatıb və yeganə qolu “Krasnodar”ın yarımmüdafiəçisi Eduard Spertsyan vurub.

Portuqaliya 13 xalla F qrupunda birinci yerdə 2026-cı il dünya çempionatına vəsiqə qazanıb. İrlandiyaya 2:1 hesabı ilə qalib gələn Ermənistan 3 xalla qrupun sonuncu pilləsində qərarlaşıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: