Son bir neçə gündür Pokrovsk istiqamətində vəziyyət yaxşıdır, lakin stabilləşməni gözləmək lazımdır.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Pokrovsk istiqamətindəki son vəziyyəti şərh edərkən deyib.
Prezident bildirib ki, oradakı vəziyyəti müzakirə etmək hələ tezdir:
“Orada vəziyyət vacibdir, ona görə də indi əvvəlcədən danışmaq istəmirəm, hər şey tam sabitləşəndə, biz bu barədə danışacağıq”.
Bildirək ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski iki gün əvvəl Pokrovsk istiqamətində rusların irəliləyişini dayandırdıqlarını açıqlayıb.
O, etiraf edib ki, Ukrayna Pokrovsk ətrafındakı ərazidə böyük təzyiq altında olub. Lakin son altı gündə ruslar Pokrovsk istiqamətində bir metr belə irəli getməyib və Ukraynanın strategiyası işləyir.