bmt turkic

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda BMT sülhməramlılarına atəş açıb.

Globalinfo.az xəbər verir ki, bu barədə BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) mətbuat katibi məlumat yayıb.

“Bu səhər İsrail hərbçiləri Livanda İsrailin nəzarətində olan mövqe yaxınlığında Merkava tankından BMT-nin sülhməramlılarını atəşə tutub. Ağır silahlardan atılan güllələr piyada və gizlənməyə məcbur olan sülhməramlılardan təxminən beş metr aralıda düşüb”, – missiyanın məlumatında bildirilib.

Sülhməramlılar rabitə kanalları vasitəsilə İsraildən atəşi dayandırmağı xahiş ediblər. Onlar 30 dəqiqədən sonra ərazini təhlükəsiz tərk edə biliblər. Heç kim xəsarət almayıb.

Paylaş: