Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Zaporojye bölgəsinin Novovasylivske kəndindən geri çəkildiyini elan edib.

Globalinfo.az xəbər verir ki, qərarın qüvvələrin yenidən qruplaşdırılması, təmas xəttində dəyişiklik və hərbçilərin həyatını qorumaq zərurəti ilə bağlı olduğu vurğulanıb.

Baş Qərargahın məlumatına görə, Ukrayna qüvvələri düşmənin irəliləməsini bloklamağa və zərbə vurmağa davam edir. Ölkənin cənub bölgələrində vəziyyət gərgin olaraq qalır: Zaporojye və cənubi Dnepropetrovsk bölgəsində Rusiya qoşunları hücumlarını və ağır artileriya atəşlərini dayandırmır.

Son 24 saat ərzində Oleksandrivske və Xulyaipole istiqamətlərində təxminən dörd silahlı toqquşma baş verib. Baş Qərargah qeyd edib ki, düşmən Ukrayna mövqelərinə basqın etməyə və müdafiənin dərinliyinə daxil olmağa cəhd göstərir”.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: