n9

Bir neçə gün öncə əri tərəfindən baltalanaraq öldürülən 60 yaşlı Nərminə Bədəlova vəzifəli şəxs imiş.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, N.Bədəlova əvvəllər Şuşa Şəhər İcra Hakimiyyətinin baş mühasibi vəzifəsində çalışıb. Daha sonra “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” və “Qarabağa dönüş” İctimai birliklərinin baş mühasibi olaraq işləyib.

O, həyat yoldaşı Yaşar Bədəlovdan boşansa da, bir evdə yaşayırmışlar.

Xatırladaq ki, noyabrın 10-u paytaxtın Binəqədi qəsəbəsində 1956-cı il təvəllüdlü Yaşar Bədəlov yaşadığı mənzildə ailə münaqişəsi zəminində həyat yoldaşı, 1965-ci ildə anadan olmuş Nərminə Bədəlovanı balta ilə qətlə yetirdikdən sonra öz həyatına da son qoyub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, N.Bədəlovanın işlədiyi yerlərlə bağlı ilk məlumatı “Yeni sabah” yayıb.

277466949 522497382624341 2150816846429365785 n
470174090 1125573952316678 5957614857020729532 n
95495552 155100662697350 2077287776256000000 n

Paylaş: