thumbs b c e1c95ed5a58ec4ea42fbb91cb882a52a

ABŞ Prezidenti Donald Trampın təşəbbüsünə əsasən noyabrın 6-sı Vaşinqtonda Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan) iştirakı ilə “C5+1” formatında sammit baş tutacaq.

Trampın Oval Ofisdə Mərkəzi Asiya liderləri ilə görüş keçirəcəyi, ABŞ-la iqtisadi əməkdaşlıq imkanlarının müzakirə olunacağı bildirilir.

Digər tərəfdən, Vaşinqtonun son zamanlarda Azərbaycanla da əlaqələrin qurulması və əməkdaşlıq münasibətlərinin formalaşmasına xüsusi önəm verditi müşahidə olunur.

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, ABŞ-ın Mərkəzi Asiya bölgəsinə ciddi diqqət ayrıması və bölgə dövlətləri ilə əməkdaşlıq perspektivləri yaratmaq istəyi diqqət çəkir:

“Vaşinqton Türkiyə vasitəsilə sözügedən regionla əməkdaşlıq imkanlarını dəyərləndirməyə və inkişaf etdirməyə çalışır. Təbii ki, Türk Dövlətləri Təşkilatı (TDT) da region ölkələrinin iqtisadi, siyasi, mədəni inteqrasiyasında ciddi rol oynayan beynəlxalq qurumdur. Azərbaycan isə TDT-nin, hətta bütövlükdə Türk dünyasının mərkəzi dövlətidir. Ölkəmiz daim birləşdirici missiya ilə çıxış edib və Prezident İlham Əliyevin bu istiqamətdəki təşəbbüsləri bir qayda olaraq yekdilliklə dəstəklənib. Azərbaycan Prezidentinin Türk dünyasının iqtisadi, siyasi, mədəni inteqrasiyası, hətta hərbi əməkdaşlıq perspektivləri ilə bağlı təşəbbüsləri və praktiki addımları bütövlükdə türk dövlətlərinin birliyini şərtləndirir”.

eli zulfuqaroglu
Əli Zülfüqaroğlu

Siyasi şərhçi qeyd edib ki, Azərbaycanın Tramp administrasiyası ilə müsbət əlaqələri, həmçinin Prezidentin Ağ Ev rəhbəri ilə şəxsi münasibətləri var:

“Bu da Azərbaycan-ABŞ əlaqələrinin müsbət yöndə inkişafı üçün xüsusi önəm daşıyır. Əlbəttə, Azərbaycanın dövlətlərarası münasibətlərdə diplomatik etiket qaydalarına xüsusi önəm verməsi, səmimi siyasət yürütməsi ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilməsinə şərait yaradıb.

Azərbaycan Yaxın Şərqdə sülhün nizamlanması prosesində də bütün tərəflərin qəbul və arzu etdiyi dövlətdir. Misirdə baş tutan sammitə Azərbaycanın təmsil olunması təsadüfi deyil. Bu tendensiyanı Mərkəzi Asiya regionuna da şamil etmək olar. O baxımdan Azərbaycanın önəmli aktor kimi geosiyasi proseslərdə yer alması təbiidir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: