WhatsApp Image 2025 11 06 at 10.41.49

Azərbaycandan tranzitlə Ermənistana gedən Qazaxıstan taxılı ilə yüklü 15 vaqon Biləcəri Dəmiryolu Stansiyasına çatıb.

Globalinfo.az xəbər verir ki, yük qatarı Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu üzrə daşınır.

Bundan sonra bu qatar Gürcüstana, oradan isə Ermənistanın Dalarik stansiyasına gedəcək.

Qeyd edək ki, noyabrın 4-də saat 00:15-də Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1 048,8 ton olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola salınmışdı.

Xatırladaq ki, Prezident İlham Əliyev Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını Qazaxıstanda verdiyi bəyanatda qeyd etmişdi.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: