Türkiyənin xarici işlər naziri Hakan Fidan İraqa səfər edəcək.
Globalinfo.az xəbər verir ki, XİN başçısının səfərinin 3 həftə sonraya planlandığı açıqlanıb.
Oktyabrın 10-da Fidan Türkiyədə İraq Prezidentinin köməkçisi və xarici işlər naziri Fuad Hüseyni, həmçinin Su Mənbələri naziri Diyab Abdullahı qəbul edib. Müzakirə zamanı türkiyəli nazirin səfərinin baş tutacağı qeyd edilib.
Səfər zamanı İraqın bir sıra rəsmiləri ilə görüşlər keçirləcək və ikitərəfli əlaqələr müzakirə olunacaq.
Əliyar Xəlil
Globalinfo.az