İran Donald Trampın vəzifəyə başlaması ilə proksi qüvvələrinə ABŞ və müttəfiqlərinə qarşı təxribat xarakterli hərəkətləri dayandırmağı əmr edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

“The Telegraph” qəzetində “İranın ali rəhbəri təhlükə qorxusu artdıqca güllə keçirməz jilet geyinməyə məcbur olub” başlığı ilə dərc olunan məqalədə yazılıb ki, Tehran Yaxın Şərqdəki proksi qüvvələrinə Donald Trampın Ağ Evə qayıtmasından sonra təxribat xarakterli hərəkətlərdən çəkinmələrini tapşırıb.

Buna səbəb isə Donald Trampın yenidən ABŞ prezidenti seçilməsindən sonra İranın təhlükədən ehtiyat etməsidir.

İraq və Yəməndə proksi qüvvələrə Amerika hədəflərinə hücum etməmələri və əgər hücum edərlərsə, İran silahlarından istifadə etməmək barədə açıq şəkildə xəbərdarlıq edilib”, – deyə, qəzetdə vurğulanıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: