67e56855fb6d10105b738f002ab3cd31 1761983023

Fransadakı məşhur “Luvr” muzeyindən oğurlanan ziynət əşyalarının internet üzərindən İsrail şirkətinə satılması planlanıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Nəşr yazır ki, oğurluqdan 5 gün sonra özünü soyğunçuların nümayəndəsi kimi təqdim edən şəxs şirkətlə əlaqə saxlayıb. Nömrəni şirkətin saytından götürdüyünü bildirib. Həmin şəxs ziynət əşyaları almaq üçün onlayn danışıqlar aparmağı təklif edib və şirkətin cavabını öyrənmək üçün 24 saat vaxt verib.

Şirkət təklifi qəbul edib, soyğunçularla danışıqlar aparıb və Fransa polisinə məlumat verib. Məlum olub ki, oğurlanan əşyaların bir qismi hələ də soyğunçuların əlindədir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: