Rauf Abdullayev xəstəxanaya yerləşdirildi

Rauf Abdullayev xəstəxanaya yerləşdirildi

Məşhur dirijor, professor Rauf Abdullayev Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

Globalinfo.az bildirir ki, bu barədə APA-ya Bakı Sağlamlıq Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, 28.10.2025 tarixində Rauf Canbaxış oğlu Abdullayev halsızlıq, yüksək şəkər və sağ bud çanaq nahiyəsində ağrı şikayətlərilə klinikaya daxil olub.

    “Müvafiq klinik, laborator, instrumental müayinələr olunduqdan sonra travmatoloq, fizioterapevt konsultasiyaları olundu və müvafiq müalicə təyin edilib”, – məlumatda qeyd olunub.