Xəbər verdiyimiz kimi, Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycandan Türkiyəyə yardımlar göndərilir.
Globalinfo.az xəbər verir ki, göndərilən yardım qutularından birinin üzərinə yazılmış söz diqqət çəkib.
Qutulardan birinin üzərində “Nuru Paşam, unutmadık!” cümləsi qeyd edilib.
Xatırladaq ki, Nuru Paşa 1918-ci ildə Qafqaz İslam Ordusunun başında Azərbaycana gəlib, erməni-bolşevik silahlılarının azərbaycanlılara qarşı soyqırımının qarşısını alıb, Bakını işğaldan azad edib.
