68fa820f7bb9d68fa820f7bb9e1761247759c7c3e78e3c9d26cc1158a8735d548eaa 40

Aparıcı Mətanət Əliverdiyeva “Xəzər axşamı” verilişində mərhum atası ilə bağlı xatirəsini bölüşüb.

Globalinfo.az “Axsam.az”a istinadla xəbər verir ki, o, valideyninin ölümündən əvvəl 60 illik yubileyinin qeyd olunmasını arzuladığını bildirib:

“Atam 1995-ci ildə dünyasını dəyişib. Vəfatından əvvəl dedi ki, mənə 60 illik yubiley məclisi edin. Biz də dedik ki, 60 yaşa hələ çox var. Dedi ki, mən o qədər yaşamaram. Doğrudan da yaşamadı. Çox təəssüfləndik, gərək ona erkən ad günü edərdik. Bu fikir bizi yandırıb-yaxdı ki, atamın istəyini reallaşdırmadıq. Çünki bilmədik ki, ölümü qəfil gələcək”.

Paylaş: