mirzoyan

Tramp Marşrutu”nun Cənubi Qafqaz Dəmir Yolu tərəfindən konsessiyaya verilməsi ilə bağlı danışıqlara başlamaq  hələ tezdir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O, bu açıqlamanı parlament dinləmələri zamanı millət vəkili Geqam Nazaryanın sualına cavab olaraq verib.

Nazir qeyd edib ki, Ermənistandakı bütün mövcud dəmir yolu infrastrukturu həqiqətən şirkətin konsessiya idarəetməsinə verilib. Lakin sözügedən hissə hələ tikilməyib. Ona görə də həmin hissənin köçürülməsi barədə danışmaq hələ tezdir.

“Sözügedən yol hələ mövcud deyil. Mövcud olmayan bir şeyi necə köçürmək olar. Ancaq İrəvan artıq öz mövqeyini rusiyalı tərəfdaşlarına çatdırıb və bu sahədə müxtəlif əməkdaşlıq modellərini nəzərdən keçirməyə hazırdır.”, – Mirzoyan vurğuladı.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: