Cəlilabad rayonunun Xəlilabad kəndində baş verən faciəli hadisə ilə bağlı bəzi detallar məlum olub.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün səhər saatlarında qeydə alınıb.
Məlumata görə, kənd sakini, 2024-cü il təvəllüdlü Miran Ramid oğlu Rəhimli yaşadığı evdə elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
İlkin məlumatlara əsasən, hadisə azyaşlının atası evdə təmir işi apardığı vaxt baş verib. Bu zaman elektrik açarı yerdə olub və uşaq burğacı (“otvertka” – red.) açarın içinə salıb. Nəticədə körpə elektrik cərəyanı vurması nəticəsində hadisə yerində həyatını itirib.
Qeyd edək ki, ailənin Mirandan başqa daha bir övladı var.
Faktla bağlı araşdırma aparılır.














