Bakıda binanın eyvanı uçaraq restoranın üstünə töküldü – VİDEO

Bakıda binanın eyvanı uçaraq restoranın üstünə töküldü - VİDEO

Nərimanovda 4 mərtəbəli binanın balkonu uçub.

Globalinfo.az bildirir ki, bu barədə məlumat baku.vs-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, hadisə rayonun Akademik Həsən Əliyev küçəsində qeydə alınıb.

Görüntülərdən də aydın olur ki, eyvan uçaraq “Başkent” restoranının üzərinə düşüb.

Ərazidən kadrları təqdim edirik: