1756625371 tramp 1

ABŞ Prezidenti Donald Trampa Rusiyaya qarşı üç sanksiya planı seçimi təklif olunub”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” məlumat yayıb.

“Birincisi, Rusiya sənayesinə və yüksək rütbəli rəhbərliyinə yönəlmiş sərt versiyadır. İkincisi Rusiyanın enerji sektoruna yönəlmiş orta səviyyəli növdür. Nəhayət daha məhdud sanksiyaları əhatə edən yumşaq versiyadır. Məlumata görə, Tramp sanksiya təklifləri arasında “orta” variantı seçib”, – nəşr bildirib.

Oktyabrın 23-də ABŞ prezidenti bəyan edib ki, hazırda Rusiya lideri Vladimir Putinlə görüşmək niyyətində deyil , lakin gələcəkdə bunu istəyir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: