rusya ukrayna savasi 1000x500 1 1
UKRAYNA-RUSYA SINIRINDAKİ GERİLİMİN SAVAŞA DÖNÜŞMESİ OLASILIĞINI DEĞERLENDİREN SOSYOLOG VE ULUSLARARASI İLİŞKİLER UZMANI DR. ÖĞR. ÜYESİ BAHLUL ALİYEV “KARŞILIKLI TAVİZLER OLMAZSA GERİLİM GİDEREK BÜYÜYEBİLİR. AYRICA BU GERİLİM NATO’NUN STRATEJİK YARARINADIR” DEDİ. (İHA/İSTANBUL-İHA)

ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskiyə yeni tələblə çıxış edib. Prezident Donald Trampla Zelenski arasında keçirilən görüş zamanı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Zelenskiyə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda qondarma “donetsk xalq respublikası”nın (DXR) ərazisi ilə bağlı güzəştlərə razılıq verməsi üçün təzyiq göstərib. Uitkoff həmin regionun əsasən rusdilli əhali ilə məskunlaşdığını vurğulayaraq, bu amili nəzərə almağı tövsiyə edib.

Mövcud geosiyasi şəraitdə Ukraynanın bu cür güzəştlərə gedib-getməyəcəyi sual altındadır.

Müharibənin davam etdiyi bir vaxtda hansı ərazilərin itiriləcəyi ehtimal olunur?

Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, ilk növbədə Uitkovun kimliyinə, konkret fəaliyyətinə və təsirinə diqqət yetirmək lazımdır:

“Kirill Dimitriev ABŞRusiya iqtisadi əməkdaşlığının gələcəyindən və Rusiyada birgə investisiyaların yaradılmasından danışan şəxslərdən biridir. O, Putinin qızının ən yaxın adamıdır və investisiyalar sahəsində Rusiyada birbaşa rəhbərliyi var. Paralel olaraq Uitkoffun Dimitrievlə konkret iş əlaqələri, yəni müəyyən şərikliyi mövcuddur. Bunu sözügedən  müzakirə çərçivəsində diqqətdən qaçırmaq olmaz.

Bu günə qədər Donald Tramp ilə Vladimir Putin arasındakı danışıqlar əsasən Uitkoff vasitəsilə həyata keçirilib. Uitkoffun Kreml görüşündən sonra Tramp böyük irəliləyişlər əldə edildiyini bildirib. Lakin təqdimatda dəyişiklik edildiyi və tərcümə məsələsi bəhanə gətirildiyi iddia edildi; Uitkoff görüşdəki tərcüməyə əsasən məsuliyyətdən yayına bildi.

Rusiya–Ukrayna müharibəsinin bitirilməsinə dair əsas danışıqları aparan şəxsin Uitkoff olub-olmaması və onun bu məsələdə nə qədər adekvat diplomat olduğu barədə açıq şəkildə fikir söyləmək çətindir. Çünki Uitkoff biznesmendir. Alıb-satmaqda bacarıqlıdır, lakin diplomatiyadan uzaqdır. Əgər bu məsələlərin arxasında müəyyən korporativ maraqlar dayanırsa, onda təcrübəsiz və siyasi biliyi məhdud olan Prezident Donald Trampı manipulyasiya etmək asanlaşa bilər. Belə ki, məlumatsız olan şəxs bilənlərə müraciət etməyə məcbur olur və nəticədə onlardan nisbətən asılı vəziyyətə düşə bilər. İdarə edən yox, idarə olunan rolu yaranır. Problem də məhz buradadır. Məncə, Uitkoffun şəxsiyyəti və rolu kifayət qədər problematikdir”.

Politoloqun sözlərinə görə, Uitkoffun Zelenskiyə yönəlik tələbləri də uyğun və realist deyil:

“Məsələn, Donetsk vilayətinin təxminən 9 min kvadrat kilometri Ukraynanın nəzarətindədir. Rusiyanın bu əraziləri yaxın 5 ildə alması reallıqdan uzaqdır. Əgər belə şans olsaydı, 2024–2025 yay əməliyyatlarında konkret uğurlar ortaya qoyardılar. Əksinə, Pokrovski istiqamətində Rusiya birlikləri məhdudlaşıb və Ukrayna ordusu müəyyən ərazilərdə müqavimət göstərir.

Donbassın tamamilə Rusiyaya verilməsi Ukraynanın gələcək müdafiə qabiliyyətini tamamilə pozar. Bu, Xarkov, Sumı, Dnepropetrovsk, Zaporojye, Kiyev istiqamətlərinə qədər bütün əsas cəbhələrin açılmasına gətirib çıxara bilər. Donetsk verilərsə, perspektivdə Ukraynanın bütün ərazilərinin işğalına yol açma riski yaranır. Bu isə Ukrayna prezidentinin suverenliyini itirməsi və tarixin qara hərflərlə yadda saxlayacağı bir hadisə ola bilər.

Natiq Miri 143543

Putin Trampı aldatmağa çalışır. Tramp da bu “yemi udub”. Məsələ belədir, Donetsk vilayətinin Ukraynanın əlində olan əraziləri döyüşsüz verildiyi təqdirdə, guya Xerson və Zaparojyedəki ərazilər Ukraynaya qaytarılacaq. Bu sadəcə boş havanı Ukraynaya satmaq deməkdir. Əlində olmayan ərazini Rusiya Ukraynaya necə qaytara bilər? Yay əməliyyatlarında əldə olunan ərazilərin böyük əksəriyyəti Kiyev qoşunları tərəfindən geri qaytarılıb”.

Natiq Miri qeyd edir ki, Tramp və ya onun administrasiyasının bəyanatlarının konkret nəticəsi çox məntiqli qəbul edilə bilməz:

“Yekunda təqdim olunan təklif odur ki, döyüş meydanında kim haradadırsa, orada qalsın və döyüş əməliyyatları bitsin. Hər hansı ərazi mübadiləsi və ya ərazilərin verilməsi məsələsi gündəmə gətirilə bilməz. Heç bir Ukrayna prezidenti belə qərar verə bilməz.

Nəzərə almaq lazımdır ki, Rusiya hər gün ballistik raketlər, dronlar və digər vasitələrlə Ukrayna şəhərlərini, yaşayış məntəqələrini və infrastrukturu vurmağa davam edir. Hücumlar dünən də, bu gün də davam edir. Bu reallıq fonunda Ukrayna prezidenti heç bir halda döyüşsüz əraziləri təhvil verə bilməz. Bu, həm siyasi hakimiyyətinin itirilməsi, həm də milli təhlükəsizliyə böyük zərbə olardı. Sözügedən telefon danışıqlarında heç bir uğur əldə edilmir. Ona görə də müharibənin tezliklə bitəcəyini söyləmək olmaz. Heç Rusiya Prezidenti Vladimir Putin də bunu istəmir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: