68f7bb2d04ccf68f7bb2d04cd0176106577368f7bb2d04ccd68f7bb2d04cce

Kobaxidze Paşinyanla görüşdə Bakıİrəvan arasında sülh prosesini dəstəkləyib.

Globalinfo.az xəbər verir ki, Gürcüstana səfəri çərçivəsində Ermənistanın baş naziri gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə görüşüb.

Gürcüstanın baş naziri vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olması regional əməkdaşlığın inkişafına və Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə yeni təkan verəcək.

Paşinyan, öz növbəsində, regionda nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasına yönələn TRIPP və Sülh Yollarının kəsişməsi layihələrinin icrası barədə ətraflı məlumat verib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: