“Çin və Tayvan arasında müharibə istisna edilmir”.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında paylaşım edib.
“Düşünürəm ki, Tayvan və digər məsələlərdə biz çox yaxşı anlaşacağıq. Heç nə baş verməyəcək”, – Ağ Ev rəhbəri bildirib.
Trampın bu açıqlaması Yaponiyanın “Sankei Shimbun” qəzetinin Çinin Tayvan hökumət binalarının maketlərini quraraq “baş kəsmə təlimləri” keçirdiyi barədə xəbərindən sonra səslənib.
Qeyd edək ki, “The Wall Street Journal” daha əvvəl Çin lideri Si Cinpinin Trampa ABŞ-ın Tayvanın müstəqilliyinə qarşı olduğunu rəsmi şəkildə bəyan etdirmək üçün təzyiq etməyi planlaşdırdığını yazmışdı.
Tahir Turan
Globalinfo.az














