0d2a86b6 71ab 41ca 961b 7b93f5b0ade6

ABŞ Prezidenti Donald Tramp Vladimir Putinlə söhbətində Ukraynadakı münaqişənin həllini çətin adlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Uşakov xatırladıb ki, Tramp dəfələrlə Ukrayna böhranının sülh yolu ilə həllinə çağırıb.

ABŞ Prezidentinin bütün sülhməramlı fəaliyyətlərində Ukrayna münaqişəsinin həllinin ən çətin olduğunu vurğulayan ideyası, bütün söhbət boyunca verdiyi bəyanatlarda özünü göstərdi”, – deyə Uşakov jurnalistlərə bildirib.

Qeyd edək ki, oktyabrın 16-da Putinlə iki saatlıq telefon danışığı aparan Tramp dialoq zamanı böyük irəliləyiş əldə edildiyini qeyd edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: