“ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff administrasiyanı tərk edərək öz biznesinə diqqət yetirmək niyyətindədir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Middle East Eye” media orqanı mənbələrə istinadən məlumat yayıb.
“O, Qəzza razılaşmasından sonra Tramp administrasiyasını tərk edir. Uitkoff Yaxın Şərqdə aylarla davam edən “yorucu” diplomatiyadan sonra diqqətini öz biznesinə yönəltməyi planlaşdırır”, – nəşr yazıb.
Qeyd edək ki, oktyabrın 13-də ABŞ prezidenti İsrail parlamentində çıxışı zamanı Qəzzada münaqişənin bitdiyini bəyan edib.
Əliyar Xəlil
Globalinfo.az