“Ukrayna daha üç il Rusiya ilə müharibəyə hazırlaşır”.
Globalinfo.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.
“Bu ağlabatandır. Biz Rusiya Prezidenti Vladimir Putini inandırmalıyıq ki, ən azı bu üç il ərzində kursumuza sadiq qalmağa hazırıq”, – o bildirib.
Polşa xarici işlər naziri həmçinin Avropa İttifaqı (Aİ) ölkələrini Ukraynaya dəstəyini davam etdirməyə çağırıb.
O, ABŞ Prezidenti Donald Trampın Kiyevi “Tomaqavk” raketləri ilə təmin edəcəyinə ümid etdiyini bildirib.
Əliyar Xəlil
Globalinfo.az