
“Ermənistan heç bir üçüncü tərəf qarşısında konstitusiyanı dəyişmək öhdəliyi götürməyib və gələcəkdə də belə bir öhdəlik götürməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Nazir konstitusiya dəyişikliyi məsələsinin ölkəsinin daxili işi olduğunu bildirib:
“Bu mövzuda qərarı Ermənistan vətəndaşları verəcək. Doğrudur, rəsmi Bakı belə bir tələb irəli sürür. Lakin həm əvvəlki gündəmdə, həm də indiki vəziyyətdə belə bir məsələ müzakirə olunmur”.
Qeyd edək ki, daha əvvəl Ermənistan rəsmiləri, xüsusən Baş nazir Nikol Paşinyan konstitusiya dəyişikliyinin labüd olması haqda fikirlər səsləndiriblər.
Safura Bənnayeva
Globalinfo.az