elcin qudret

Milli Məclisin deputatı Elçin Mirzəbəyli üzvü olduğu Ədalət, Hüquq, Demokratiya Partiyasından (ƏHD Partiyası) xaric edilib.

Globalinfo.az xəbər verir ki, Modern.az məsələnin təfərrüatlarını öyrənmək üçün Elçin Mirzəbəylinin özü ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında deputat bildirib ki, o, partiyadan xaric edilməsi ilə bağlı müraciət etməyib. Xəbəri də yalnız mətbuatdan oxuyub.

“Mən partiyadan öz xoşumla çıxmamışam. Bununla bağlı müraciət də etməmişəm. Partiyanın İdarə Heyəti qərar verib. Ayın 29-da partiya sədrinin müavinliyindən azad olunmuşdum, ondan da xəbərim yox idi. Bu gün də siz dediyiniz xəbəri mətbuatdan oxumuşam”,- o deyib.

***13:14

Deputat Elçin Mirzəbəyli uzun illərdən bəri üzv olduğu Ədalət, Hüquq və Demokratiya Partiyasından xaric edilib.

Globalinfo.az Gununsesi.info-ya istinadən bildirir ki, bu barədə partiyanın Rəyasət Heyətində qərar qəbul olunub.

Partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev xəbəri təsdiqləyib.

O, deyib: “Elçin Mirzəbəylinin müstəqil şəkildə siyasi analitika ilə məşğul olmaq istəyini nəzərə alaraq onu partiyadan xaric etdik”.

Paylaş: