Qarabağ bağlı “möhtəşəm həll” nə idi? – Paşinyan

Qarabağ bağlı "möhtəşəm həll" nə idi? - Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan yenidən videomüraciətlə erməni ictimaiyyətinə səslənib.

Globalinfo.az xəbər verir ki, Paşinyan çıxışında sabiq prezidentləri sərt tənqid edib.

“Niyə Ermənistanın keçmiş rəhbərləri Qarabağ məsələsi ilə bağlı özlərinin təsvir etdiyi möhtəşəm həlləri reallaşdırmayıblar?

Birinci ehtimal: Onlar cinayət xarakterli fəaliyyətsizlik nümayiş etdiriblər, bəlkə də xarici dövlətlərin maraqlarına xidmət ediblər.

İkinci ehtimal: Sözügedən “möhtəşəm həllər” əslində sadəcə siyasi aldatma olub və onların həyata keçirilməsi heç vaxt mümkün olmayıb”, – Paşinyan qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az