
Ötən gün Globalinfo.az Abşeron rayonu Masazır qəsəbəsində sahibsiz itlərlə bağlı məqalə dərc etmişdi.
Yazıda bildirilir ki, sürü halında gəzən itlər sakinlərə ciddi təhlükə yaradır. Saytımız bununla bağlı Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamışdı. Qurumdan məsələ ilə bağlı lazımı addımların atılacağı bildirilmişdi.
Oktyabrın 11-də isə sosial şəbəkələrdə Masazır qəsəbəsində sürü halında gəzən sahibsiz itlərin xüsusi maşınlar və avadanlıqlar vasitəsilə toplanaraq ərazidən uzaqlaşdırıldığına dair görüntülər yayılıb.
Zaira Akifqızı
Globalinfo.az