1749838867 839237image1

İranın Ali rəhbəri Ayətullah Xamenei Livana xüsusi mühafizə qrupu göndəribmiş. Bu addımın “Hizbullah”ın öldürülmüş lideri Həsən Nəsrullahın təhlükəsizliyi üçün atıldığı məlum olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Hizbullah“ın İrandakı nümayəndəsi Abdullah Səfiəddin bildirib.

“Həsən Nəsrullah və İslam Respublikasının rəhbəri arasındakı münasibət sadəcə ata-oğul münasibəti deyildi, bundan daha dərin idi”, – Səfiəddin deyib.

Onun sözlərinə görə, Xamenei həm Nəsrullahın, həm də Livanda öldürülən digər “Hizbullah” lideri Haşim Səfiuddinin təhlükəsizliyini təmin etmək üçün şəxsən göstəriş vermişdi.

Məlumata görə, Livanda yerləşdirilən bu mühafizə qrupu İran tərəfindən birbaşa göndərilib və yüksək səviyyəli təhlükəsizlik strukturuna daxildir.

Tahir Turan
Globalinfo.az

Paylaş: