tmhltBZnZT2f2CAqCiNkRZNaJ76MbK7SuwY3bHfE 825

Ermənistanda Müdafiə Nazirliyinə məxsus “UAZ” markalı avtomobil qəzaya uğrayıb.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, qəza Mehri-Sisian avtomobil yolunda baş verib.

Hadisə nəticəsində altı hərbi qulluqçu və bir tibb bacısı xəsarət alıb. Hərbi qulluqçulardan birinin vəziyyəti ağırdır.

Təfərrüatlar açıqlanmır.

Qəzanın başvermə səbəbi məlum deyil.

Paylaş: